AZ

Samuxda Novruz bayramı qeyd olunub

18 mart 2025-ci il tarixdə Samuxda Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbir Samux şəhəri, Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında təşkil olunub.

Tədbirdə  Samux rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon sakinləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri  iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir  iştirakçılarını Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri  Novruz bayramı münasibətilə təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb və sonra bayramın rəmzi Novruz tonqalını alovlandırıb. 

Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurublar. Rayon rəhbəri ayrı-ayrı kollektivlərin hazırladıqları guşələrə yaxınlaşaraq bayram münasibəti ilə təşkil edilmiş süfrələrlə tanış olub və buraya gələnləri bayram münasibəti ilə bir daha təbrik edib. 

Tədbir rayon uşaq musiqi məktəblərinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib.

Seçilən
4
yeniazerbaycan.com

1Mənbələr