Bakı. Trend:
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycanxalqına təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki,məktubdadeyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hərbirinizə bahar əhval ruhiyyəsi, cansağlığı və uğurlararzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrikAzərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbindünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariznümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin,ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksəktəntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o,dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yertutur.
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimiənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır.Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biriolaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimlərixüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında izqoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri iləVətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəniirsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləridərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıxbirləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha damöhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslininyeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlıZəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütünişlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayramsevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayansoydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydınsəma altında əmin-amanlıq içində daim şövqlə qurubyaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq,səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"