AZ

Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib

Tacikistan parlamenti Qırğızıstanla dövlət sərhədi haqqında sazişi ratifikasiya edib.

“Report” xəbər verir ki, bu barədə TASS-a parlamentin aşağı palatasından məlumat verilib.

Bu saziş ölkələr arasında mübahisəli ərazilər barədə təxminən 23 il davam edən danışıqlardan sonra martın 13-də Bişkekdə Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov tərəfindən imzalanıb.

Qırğızıstan və Tacikistan arasındakı sərhədin uzunluğu təxminən 980 km təşkil edir, o cümlədən mürəkkəb dağlıq relyefə malik ərazilərdən keçir.

"Cebheinfo.az"

Seçilən
20
cebheinfo.az

1Mənbələr