AZ

Alimlərdən QORXULU TARİX: Dünyanın sonu bu tarixdə çatacaq 

NASA və Yaponiyanın Toho Universitetinin tədqiqatçıları riyazi hesablamalara əsaslanaraq bu suala cavab tapıblar.

"Referans" xəbər verir ki, onların fikrincə, hava çatışmazlığı səbəbindən Yer kürəsində 1 milyard ildən sonra həyat dayanacaq.

Alimlərin araşdırmalarına görə, Günəş getdikcə genişlənəcək və bunun sayəsində temperaturun artması Yerdəki atmosferin tərkibini dəyişə və oksigenin miqdarını azalda bilər. Bununla belə, texnoloji tərəqqi belə bir ssenarinin qarşısını almağa kömək edə bilər.

Bundan əlavə, Maks Plank Astronomiya İnstitutundan olan alman alimlər qalaktikamızda bu günə qədər kosmik tozun ən ətraflı üçölçülü xəritəsini təqdim ediblər. Bu, astronomlara uzaq ulduzların müşahidələrini daha dəqiq şərh etməyə və ulduzların əmələ gəlməsində, qalaktikaların təkamülündə tozun rolunu başa düşməyə kömək edəcək.

Seçilən
54
referans.az

1Mənbələr