"Antalyaspor"un baş məşqçisi Emre Belözoğlu gələcək hədəfləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 44 yaşlı mütəxəssis futbol oynadığı komandaları çalışdırmaq istədiyini bildirib:

"Oynadağım komandaları çalışdırmaq istəyirəm. "Nyukasl"da da, "İnter"də də işləməyi arzulayıram".

Emre futbol karyerasında "Qalatasaray", "Fənərbağça", "Nyukasl", "İnter", "Atletiko" və "Başakşəhər"də çıxış edib. O, artıq "Fənərbağça" və "Başakşəhər"də baş məşqçi kimi işləyib.