AZ

Simpsonların 2025 proqnozları düz çıxdı? - VİDEO

Dünyanın ən çox baxılan cizgi filmlərindən “Simpsonlar”ın 2025-ci ilə dair proqnozları özünü doğruldub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, cizgi serialda 2025-ci ildə dünyanın qaranlığa qərq olacağı barədə əks olunan səhnələr bu il reallaşıb.

Belə ki, “Simpsonlar”ın 1998-ci il "Sprinqfildin son günü" epizodunda şəhərin qəflətən qaranlığa qərq olduğu bir ssenari var. Həmin epizodda təqvimlər 2025-ci ili göstərir.

2025-ci ilin ilk 3 ayında isə Amerika və Asiya ölkələri qaranlığa qərq olub. 

Fevralın 9-da Şri-Lankada meymunun transformatora girməsi nəticəsində 22 milyon insanın 24 saatdan çox işıqsız qalıb.

Bundan əlavə, fevralın 26-da Çilidə, martın 15-də Kubada, 2 gün sonra isə Panamada elektrik enerjisi kəsilib. Hər 4 hadisədə kəsinti az qala bütün ölkəni əhatə edib və uzun saatlar davam edib.

“Simpsonlar”dakı sözügedən epizodla ilin ilk 3 ayında baş verən hadisələr arasındakı oxşarlıq 2025-ci ilin işıqsız il olacağına dair konspiroloji nəzəriyyələrin meydana çıxmasına səbəb olub.

Billurə Yunus

Seçilən
8
olke.az

1Mənbələr