Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığından əvvəl Moskvanı müvəqqəti atəşkəsə razılaşmağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın N-tv telekanalı məlumat yayıb.
“Rusiyanın həqiqətən sülh istəyib-istəmədiyini göstərmək vaxtıdır. Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini dəstəkləyir. Rusiya tərəfinin bu təkliflə qeyd-şərtsiz razılaşacağını gözləyirik”, – deyə Sibiqa bildirib.