AZ

Kişilərin sağlamlığı üçün faydalı olan məhsulların adı açıqlanıb

Kişilərin sağlamlığı üçün faydalı olan

Düzgün seçilmiş pəhriz kişilərin sağlamlığını ciddi şəkildə dəstəkləyə bilər, stress və yaşa bağlı dəyişikliklərin öhdəsindən gəlməyə kömək edə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diyetoloq Elena Xoxlova "Life.ru" ilə söhbətində kişilər üçün faydalı olan məhsulların adını çəkib.

Onun sözlərinə görə, pəhrizin ən vacib elementlərindən biri testosteron səviyyəsinə və prostatın sağlamlığına cavabdeh olan sinklə zəngin olan balqabaq toxumlarıdır. Omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıq da vacibdir. Bu maddələr iltihabı azaldır, ürəyi qoruyur, qan təzyiqini normallaşdırır və beyin funksiyasını yaxşılaşdırır, qızılbalıq və skumbriyada olan D vitamini isə hormonal tarazlığı qorumağa və sümükləri gücləndirməyə kömək edir ki, bu da yüksək stress zamanı xüsusilə vacibdir, - Xoxlova izah etdi.

Həkim, həmçinin prostat vəzi xərçəngi riskini azaldan və ürəyin fəaliyyətini yaxşılaşdıran güclü antioksidant olan likopenlə zəngin olan pomidorları qida rasionuna əlavə etməyi tövsiyə edib. "Likopen xüsusilə istiliklə işlənmiş pomidorlardan effektiv şəkildə sorulur. Pomidorda immuniteti və normal qan təzyiqini dəstəkləyən C vitamini və kalium da var", - dedi diyetoloq.

O, həmçinin kişilərə anakardiya yeməyi tövsiyə etdi, çünki onlar qiymətli sink, maqnezium və sağlam yağlar mənbəyidir. Bu qoz-fındıq testosteron səviyyəsini saxlamağa, stresslə mübarizə aparmağa və gün ərzində məhsuldar qalmağa kömək edəcək.

Xoxlova həmçinin kişilərə güclü antioksidan xüsusiyyətlərə malik olan sulforafanın tərkibindəki brokoli yeməyi tövsiyə edir. Bu tərəvəz hüceyrələri qorumağa, iltihabı azaltmağa və immunitet sistemini gücləndirməyə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
8
e-saglam.az

1Mənbələr