Bakı şəhərinin Sabunçu rayonunda üçotaqlı evdə yanğın olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı biri uşaq olmaqla üç nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.