Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeydediləcək.
Trend xəbər verir ki,Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 2025-ci ildə ölkənin ali elmitəşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsisedilməsinin 80 ili tamam olur:
"Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarənnailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanınelmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimitanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəlifəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritetproblemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrəyüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərinformalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları iləqarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bugün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyatakeçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarlacəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsininyüksəldilməsi işinə töhfələr verir".
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli ElmlərAkademiyasının ölkədə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkilivə yüksəkixtisaslı kadrlar hazırlanmasında rolunu nəzərə alaraqqərara alıram:
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan RespublikasınınElm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli ElmlərAkademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyatakeçirsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etsin.