Almaniya ilə sərhəddə yerləşən Fransanın Lyuksey-en-Ben hava bazası nüvə silahı daşıya bilən Rafale qırıcılarını qəbul edəcək.
Herbiand.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“2035-ci ildə Lyuksey bazası nüvə səsdən sürətli döyüş başlıqları ilə yeni Rafale modifikasiyasına ev sahibliyi edən ilk aviabaza olacaq”, - Makron deyib.
Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin məlumatına görə, ilk Rafale təyyarələri hərbi bazaya 2032-ci ildə gələcək və 2033-cü ildə onlar birinci eskadronun tərkibində uça biləcəklər. Ümumilikdə, həmin bazaya 40-a yaxın belə təyyarə yerləşdiriləcək.
Bəxtiyar CƏFƏRLİ