Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudandakı humanitar yardım koordinatoru Anita Kiki Gbeho, ölkənin şimal-şərqində Yuxarı Nil əyalətinin Nasir şəhərində baş verən zorakılıqlar səbəbilə 50 min insanın didərgin düşdüyünü qeyd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Gbeho verdiyi yazılı açıqlamada Cənubi Sudanın Yuxarı Nil əyalətinin Nasir şəhərində artan zorakılıqların ictimaiyyətə təsir etməsindən və humanitar yardım əməliyyatlarını pozmasından dərin narahatlığını dilə gətirib.
Tərəfləri mülki şəxslərə, humanitar yardım işçilərinə və kritik infrastruktura hörmət və qorumağa çağıran Gbeho, fevralın sonundan bəri zorakılığın 50 min insanın didərgin düşməsinə səbəb olduğunu, onlardan 10 mini Efiopiyaya keçdiyini bildirib.