AZ

Şahin Rəcəbov: "Milli bayramlarımızı yaşatmaqla xalqımızı qoruya bilərik"

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov QHT.az-a açıqlamasında bildirib ki, Novruz bayramında "Papaqtı" adlanan ənənənin əslində "Qurşaqatdı" olduğunu qeyd edib.

Şahin Rəcəbov ideoloji dəyişikliklərlə bu adın dəyişdirildiyini və onun məhz bayram nemətlərinin qoyulduğu qurşaq ilə əlaqəli olduğunu vurğulayıb:

"Papaq bizlərdə qeyrət rəmzi sayılır, onu ayaq atda atmaq olmaz. Bax gənclərimiz bunları öyrənməlidir. Bu işdə valideynlərin, müəllimlərin də rolu böyükdür. Yəni milli bayramlarımızı, dəyərlərimizi yaşatmaqla xalqımızı qorumuş oluruq. Azərbaycan multikultural ölkədir. Onun ərazisində yaşayan xalqların mədəniyyəti də bizim mədəniyyəti daha da zənginləşdirir. Lakin bizim milli bayramlar artıq onların bayramlarına çevrilməklə nəinki region, dünya çapında məhşurlaşır, sevilir. Bu bayramların, dəyərlərin məqsədi mədəni, kamil insan formalaşdırmaqdır. Birliyimizin bu yaxınlarda həyata keçirəcəyi layihə də məhz yüksək mədəniyyətli insan formalaşdırılmasına töhvə verməkdir".

 

Pərvanə Fərhadqızı

Seçilən
34
qht.az

1Mənbələr