Sarayevo 17 mart, AZƏRTAC
Qərbi Balkan regionu Avropa İttifaqı (Aİ) üçün əsas qeyri-qanuni silah mənbəyidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin “Europol” polis xidmətinin yaydığı mütəşəkkil cinayətkarlıq təhdidlərinin qiymətləndirilməsinə dair sənəddə deyilir.
Bildirilir ki, bəzi münaqişə zonaları da qeyri-qanuni silahların mənbəyi kimi eyni dərəcədə əhəmiyyətli olaraq qalır.
“Silah və partlayıcı maddələrin qaçaqmalçılığı ilə bağlı fəaliyyətlər Aİ üçün mühüm məsələdir. Qeyri-qanuni silah və partlayıcı maddələrin törətdiyi zorakılığın şiddəti, kriminal mühitdə atışmaların və partlayışların sayı artmaqdadır. Silah qaçaqmalçılığının həcmi çoxalır ki, bu da Aİ üçün artan təhlükəsizlik narahatlığını ifadə edir. Qərbi Balkan regionu Aİ-yə qaçaqmalçılıq yolu ilə gətirilən qeyri-qanuni silahlar üçün əsas mənbə kimi qalmaqda davam edir”, - deyə sənəddə qeyd olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo