MOİK-in baş məşqçisi Qəzənfər Abbasov klubdan ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə mütəxəssisin özü sosial şəbəkə hesabında məlumat yayıb:
“Bu gün bir məşqçi kimi seçim edərək MOİK futbol klubu ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman MOİK-in adını qaldırmaq, uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etdiyimə inanıram. MOİK-ə gələcək fəaliyyətində uğurlar arzulayıram”.
Xatırladaq ki, Abbasov 2022-ci ilin dekabrından bu posta təyin olunmuşdu.