AZ

Xames Rodriges özünü ən yaxşı yarımmüdafiəçi hesab edir

“Leon”un kolumbiyalı hücumameyilli yarımmüdafiəçisi Xames Rodriges ən yaxşı yarımmüdafiəçi ilə bağlı sorğuda iştirak edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, kolumbiyalı yarımmüdafiəçi özünü müvafiq mövqedə bir çox futbol əfsanələrindən üstün sayması ilə diqqət çəkib:

– Zidan yoxsa Xames?
– Zidan çox yaxşı olub, o, gücünün aşıb-daşdığı vaxt dünya çempionatını qazanıb, amma… Xames.

– Xames yoxsa Modriç?
– Xames.

– Xames yoxsa Kroos?
– Xames.

– Xames yoxsa Xavi?
– Özünün ən yaxşı vaxtında – Xames.

Xames Rodriges “Enviqado”nun məzunudur. Böyük futbolada “Enviqado” ilə debüt etmiş Xames karyerası ərzində “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton”, “Ər-Rayyan”, Pirey “Olimpiakos”u, “San Paulo” və “Rayo Valyekano”da çıxış edib.

Cari ilin yanvar ayında Xames azad agent qismində “Leon”a keçib. Kolumbiyalı futbolçu Meksika klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Xames Rodriges “Leon” üçün 11 oyun keçirib, 2 qolv və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Xames Rodriges 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasının heyətində 112 oyuna çıxıb, 29 qol vurub və 35 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı kolumbiyalı yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
9
arena.az

1Mənbələr