"Benfika"nın türk ulduzları Orkun Kökçü və Kerem Aktürkoğlu Portuqaliya çempionatında adlarından söz etdirməkdədirlər.
Offsideplus.az xəbər verir ki, hər iki futbolçu turun rəmzi heyətində yer alıb.
Son turda "Benfika"nın "Rio Ave"yə 3-2 hesablı qələbəsində sözügedən oyunçular əvəzsiz rol oynamışdı.
Orkun 30-cu dəqiqədə hesabı açmış, Kerem isə 80-cı dəqiqədə komandasının qələbə qolunu vurmuşdu.