AZ

Mediatorlar üçün ƏMAS platformasında işin təşkili üzrə təlim keçirilib - FOTOLAR

17 mart 2025-ci il tarixində Dövlət Əmək Müfəttişliyi Xidməti və Mediasiya Şurası arasında əmək mübahisələrinin həlli üzrə əmək mübahisələri üzrə müraciətləri qəbul edən mediatorlarla təlim keçirilib.

QHT.az xəbər verir ki, təlimdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurası və Əmək Müfəttişliyi Xidməti ilə iş üzrə kordinator Sevda Məhərrəmova və mediatorlar iştirak edib. Təlimçi qismində Əmək Müfəttişliyi Xidmətinin Yüklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyevə çıxış edib. Təlim zamanı ƏMAS proqramının işləməsi, yaxın gələcəkdə əmək mübahisələrinin elektron platforma ƏMAS üzərindən mediatorlar tərəfindən baxılması, mediasiya barışıq sazişlərinin imzalanması məsələləri müzakirə edilib.

Eyni zamanda ƏMAS proqramı ilə əyani tanışlıq və əmək mübahisələri üzrə bağlanan barışıq sazişlərinin icrası mexanizmi barədə ətraflı məlumat verilib.

Seçilən
13
qht.az

1Mənbələr