İtaliyanın baş naziri Giorgia Meloni Fransa və İngiltərənin Ukraynaya “sülhməramlılar” göndərmək təklifini riskli hesab edir.
Editor.az xəbər verir ki, bu barədə baş nazir Senatda çıxışında bildirib.
“İtalyan əsgərlərinin Ukraynaya göndərilməsi heç vaxt gündəmimizdə olmayan bir məsələdir, necə ki, ilkin olaraq İngiltərə və Fransanın təklif etdiyi Avropa qoşunlarının göndərilməsinin mürəkkəb, riskli və təsirsiz bir variant olduğuna inanırıq” ,-deyə bildirij.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Parisien qəzetinə demişdi ki, Avropa ölkələri Rusiyanın razılığı olmadan Ukraynaya sülhməramlı və təlimçi kimi əsgər göndərə bilər. Makron mümkün regionlar arasında Kiyev, Odessa və Lvovu qeyd edib.
//Gülnarə Abasova, Editor.az