Elmi tədqiqat üçün iştrakçılar axtarılır. Hər bir insana 18 000 avro, yəni 34 000 manata yaxın pul ödəniləcək. Almaniya Aerokosmik Mərkəzi NASA ilə əməkdaşlıq çərçivəsində tədqiqat aparmaq üçün 60 gün yataqda qalacaq 12 namizəd axtarır.
Yataq rejimi zamanı iştirakçılar, Köln şəhərindəki tibbi tədqiqat mərkəzində qalacaqlar. Kosmik agentliyinin məlumatına görə, onlar sadəcə 60 gün yatmayacaqlar. Yataq 6 dərəcə başı aşağı şəkildə əyiləcək. Bununla da, baş ayaqlardan aşağıda olacaq.
Tədqiqatın məqsədi astronavtların kosmosda yaşaya biləcəyi şərtləri təkrarlamaq, missiyanı təhlükə altına ala biləcək "başgicəllənmə, büdrəmə və digər koordinasiya problemlərindən" qaçmaqdır.