Hindistan Xarici İşlər Nazirliyi ABŞ səfirliyindən 2015-ci ildən bəri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə ölkədə həyata keçirilən layihələr haqqında təcili olaraq ətraflı məlumat verilməsini tələb edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, cari ilin fevralın 20-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton xaricdəki siyasi proseslərə təsir etmək üçün milyonlarla dollar xərcləyib. O, USAID-in 2024-cü ildə Hindistanda keçirilmiş parlament seçkilərinə mümkün müdaxiləsini istisna etməyib.
Tramp, niyə ABŞ-nin Hindistanda seçici fəallığını təmin etmək üçün 21 milyon dollar xərcləməli olduğunu soruşub. Ölkə lideri vurğulayıb ki, bu barədə Hindistan hökumətinə məlumat verilməlidir.
Bundan sonra Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Hindistan hökumətinin təqdim olunan məlumatları öyrənəcəyini söyləyib.
“Bu məsələ ilə bağlı bəzi açıq mənbə məlumatı olsa da, Hindistan hökuməti ABŞ-dən rəsmi cavab gözləyir. ABŞ administrasiyası ölkə qanunvericiliyinin hüquqi müddəalarına istinad edərək, USAID-in benefisiarları ilə bağlı bəzi təfərrüatları gizlədib”, – nazirliyin məlumatında bildirilib.
USAID 1951-ci ildən Hindistanla işləməyə başlayıb və o vaxtdan bəri bu ölkədə 555-dən çox layihəyə 17 milyard dollardan vəsait ayırıb. Hindistanda parlament seçkiləri 2024-cü ilin aprelindən iyunun əvvəlinə qədər bir neçə mərhələdə keçirilib.