AZ

Ukrayna ordusu Putin-Tramp danışığından əvvəl hücuma keçdi

Ukrayna ordusu Belqoroda hücuma cəhd edib. Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna ordusunun Belqorod vilayətini işğal etmək cəhdi dəf edilib. Nazirlik hücumun Prezident Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasındakı telefon danışığından əvvəl baş verdiyini bəyan edib. Məlumatda deyilir ki, işğal cəhdi sülh təşəbbüslərini gözdən salmaq məqsədi daşıyır.

Məlumata görə, Ukrayna hücum zamanı 200-ə yaxın əsgər və 5 tank olmaqla 29 texnikadan istifadə edib. Ukrayna ordusunun bütün hücumunun dəf edildiyi və Rusiyanın dövlət sərhədini keçməyə icazə verilmədiyi açıqlanıb.

Seçilən
14
50
metbuat.az

10Mənbələr