AZ

Sözləri, düşüncələri və Yer kürəsini silahsızlaşdırmalıyıq - Papa Fransisk

Bakı. Trend:

Papa Fransisk, fevralın 14-dən etibarən müalicə aldığı Romadakı"Gemelli" klinikasından "Corriere della Sera" qəzetinin direktoruLuçano Fontanaya göndərdiyi məktubda dünyadakı silahlanma vəmüharibələrin cəmiyyətə təsirlərinə diqqət çəkib.

Trend-inməlumatına görə, məktubunda Papa vurğulayıb ki, hər bir söz sadəcəsöz deyil, onlar insan mühitini formalaşdıran gerçəkliklərdir.Sözlər birləşdirə və ya ayıra, həqiqətə xidmət edə bilər və yaondan istifadə edə bilər.

"Biz sözləri silahsızlaşdırmalıyıq, düşüncələrisilahsızlaşdırmalıyıq və Yer kürəsini silahsızlaşdırmalıyıq.Dünyanın təmkinə, düşünməyə və mürəkkəbliyi dərk etməyə böyükehtiyacı var. Müharibə cəmiyyətləri və ətraf mühiti məhv edir, ammamünaqişələri həll etmir. Diplomatiya və beynəlxalq təşkilatlar yenihəyat və nüfuza ehtiyac duyur. Üstəlik, dinlər xalqlarınmənəviyyatına əsaslanaraq qardaşlıq və ədalət arzularını, sülhümidini yenidən canlandıra bilər," - deyə Papa qeyd edib.

Fransisk əlavə edib ki, bütün bunlar fədakarlıq tələb edir.

Seçilən
4
5
az.trend.az

8Mənbələr