AZ

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınovun döyüldüyü bildirilir.

"Ölkə.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu iddia ilə kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edib.

Tarix müəllimi direktorla bağlı sensasion iddialar səsləndirib.

Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci "cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə" çevirib.

Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.

Q. Muxtarlı bildirib ki, bir semestrdə minə yaxın kəsir əmələ gəlib. Nəhayət, bütün bu olanlardan bezən insanlar direktoru döyüblər.

Seçilən
23
10
olke.az

10Mənbələr