AZ

Cenevrə sammitində Kipr probleminin həllinə doğru mühüm addım atılıb

Bakı. Trend:

Cenevrədə keçirilən ikigünlük sammitin iştirakçıları Kipradasında hər iki istiqamətdə - cənubdan şimala və şimaldan cənubakeçid üçün dörd nəzarət-buraxılış məntəqəsinin (NBM) açılmasıbarədə razılığa gəliblər.

Trend Türkiyəmediasına istinadən xəbər verir ki, BMT-nin Baş katibi AntoniuQuterreş görüşün yekunlarına dair açıqlamasında bildirib ki, Kiprtürklərinin lideri Ersin Tatar və Cənubi Kiprin Prezidenti NikosXristodulidis qarşılıqlı etimadı artırmaq məqsədilə bir sıratəşəbbüslər üzərində razılığa gəliblər.

Bu təşəbbüslərə dörd NBM-in açılması, bufer zonanın minalardantəmizlənməsi, gənclər, ətraf mühitin qorunması və iqlim dəyişikliyiilə bağlı layihələr, həmçinin qəbiristanlıqların bərpası üzrətexniki komitənin yaradılması daxildir.

Quterreş əlavə edib ki, iyul ayında Kipr məsələsinə dair yenigörüş planlaşdırılır və o, növbəti addımları hazırlamaq üçün xüsusinümayəndə təyin edəcək.

Seçilən
13
az.trend.az

1Mənbələr