AZ

ABŞ-yə tələb: “Azadlıq heykəlini geri qaytarın” 

Fransalı deputat Azadlıq heykəlinin artıq Amerikanın ideallarını təmsil etmədiyini iddia edərək, ABŞ-dən geri qaytarılmasını tələb edib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, “Place Publique” siyasi partiyasının üzvü, fransalı deputat Raphal Glucksmann Prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqeyi və Trampın təhsil departamentini ixtisar etməsini sərt şəkildə tənqid edib. Deputat Fransanın “Le Monde” qəzetinə deyib: “Zülmkarların tərəfinə keçməyi seçən amerikalılara, elmi azadlıq tələb etdiyi üçün tədqiqatçıları işdən çıxaran amerikalılara deyəcəyik: “Bizə Azadlıq heykəlini geri verin. Biz sizə Azadlıq heykəlini hədiyyə etmişik, amma görünür, azadlığa nifrət edirsiniz. Bu halda heykəlin evə qayıtması daha yaxşı olar”. Glucksmann həmçinin bildirib ki, ölkə Tramp administrasiyasının federal şəkildə işdən çıxardığı hər kəsi salamlayacaq. Deputat “Amerikalılara deyəcəyimiz ikinci şey budur: “Əgər siz ən yaxşı tədqiqatçılarınızı işdən çıxarmaq istəyirsinizsə, azadlığı, innovasiya hissləri və şübhə və araşdırma zövqləri ilə ölkənizi dünyanın aparıcı gücünə çevirmiş bütün insanları işdən çıxarmaq istəyirsinizsə, onda biz onları alqışlayacağıq”, söyləyib. “Azadlıq heykəli”nin yaranma tarixi maraqlıdır. Abidə "La Libert clairant le monde" (Dünyanı Maarifləndirən Azadlıq) adı ilə fransız siyasətçisi Eduard de Laboulayenin ideyası əsasında fransız rəssamı Auguste Bartholdi (1834-1904) tərəfindən hazırlanıb. Misdən hazırlanmış Azadlıq heykəli ABŞ-nin təsis olunmasının 100 illiyi münasibətilə Fransa tərəfindən hədiyyə edilib. Heykəlin sağ əlində məşəl, sol əlində isə yazı var. Lövhənin üzərində 4 iyul 1776-cı il (İstiqlal Bəyannaməsi tarixi) yazılıb. Heykəlin başındakı tacın yeddi guşəli olması yeddi qitəni və ya yeddi dənizi simvolizə edir. Heykəlin modelyeri Singer tikiş maşınlarının yaradıcısı İsaak Singerin dul arvadı İzabelle Eugenie Boyer olub. Azadlıq heykəli 1884-cü ildə Fransada tamamlandıqdan bir il sonra 350 hissəyə kəsilərək 214 qutuda Nyu-York limanına çatdırılıb. Parçalar dörd ay ərzində yenidən postament üzərinə yığılıb və açılış mərasimi 28 oktyabr 1886-cı ildə minlərlə tamaşaçının gözü qarşısında olub. Heykəlin hündürlüyü postamentlə birlikdə 46 metr, 93 metrdir. Ziyarətçilər heykəlin içindən məşələ qədər 168 pilləli pilləkənlə qalxırlar. Heykəlin məşəl tutan sağ əlinin hündürlüyü 13 metrdir. Məşəlin ətrafında dəhlizdə 15 nəfər gəzə bilər. Heykəlin başının eni 2 metr, hündürlüyü tacı ilə birlikdə 5 metrdir.
Seçilən
8
sherg.az

1Mənbələr