AZ

Macar nəşri: Biz Viktor Orbanın proqnozlaşdırdığı faciəyə çox yaxınıq

Budapeşt, 19 mart, AZƏRTAC

Azad ticarət erası başa çatdı, tarif maneələri dünyası onu əvəz etdi. Rusiyaya qarşı sanksiyalar və geosiyasi maraqların toqquşması qlobal ticarət axınlarını əsaslı şəkildə dəyişdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın əvvəlki proqnozlarına əsaslanaraq bu ölkədən olan analitik Bela Akoş Reves bildirib. Onun fikrincə, beynəlxalq bloklar və ittifaqlar nə qədər çox qarşı-qarşıya gəlirsə, qlobal iqtisadiyyatın keçmişdə bildiyimiz strukturu bir o qədər dəyişir və Macarıstan kimi bu ziddiyyətli bloklar arasında neytral kəsişmələr və “təmas nöqtələri” getdikcə daha qiymətli olur.

Xatırladığımız kimi, ötən ilin sentyabrında Baş nazir Viktor Orban bildirmişdi ki, “Dünya nizamının dəyişməsi və Asiyanın yüksəlişi siyasətçilərin nəzərə almalı olduğu real və aktual problemdir. O qeyd edib ki, ölkələr bazarda sərbəst rəqabət apara bilər, eyni zamanda tariflərdən və sanksiyalardan ticarət müharibələrinin “silahı” kimi istifadə edərək blokada yolunu tuta bilərlər. İndi sual ondan ibarətdir ki, bu iki variantdan hansı bizim maraqlarımıza uyğundur. Macarıstan üçün blokada faciə demək olardı. “Əgər bizi iki yerə bölsələr, biz yol kənarında qalacağıq”, - deyə o, Macarıstanın azad ticarət mühitində rəqabət aparmalı olduğunu da əlavə edib.

İndi isə macar ekspert ölkənin baş nazirinin sentyabr xəbərdarlığından irəli gələn nəticələr çıxarır. “Yaxşı olar ki, dünya iqtisadiyyatı birləşsin və biz başqaları ilə rəqabət aparmağa başlayaq. Bizə neytrallıq lazımdır, nə Şərqə, nə də Qərbə bağlı olmamalıyıq. İqtisadi neytrallıq bu gün insanların maraqlarına cavab verir”, - deyə o “Index” nəşrinə bildirib.

“Təəssüf ki, azad ticarət erası başa çatdı, Ukraynadakı müharibə və geosiyasi maraqların toqquşması dünya ticarətində maneələrin yaranmasını sürətləndirdi”, - deyə o gileyləndi.

Reves Hindistanın praqmatizmini nümayiş etdirən Qlobal Cənubu misal gətirdi: enerji sanksiyaları nəticəsində Moskva Yeni Deli ilə çox sıx ticarət münasibətləri qurdu. İndi Hindistan 2017-ci ildə Rusiyanın enerji daşıcıyıları ixracatının 2%-nin alıcısından, 2023-cü ildə 25%-nin alıcısına çevrilib.

Digər bir misal, həyəcanverici siqnallara baxmayaraq, getdikcə daha çox Qlobal Cənuba - Latın Amerikası və Afrikaya ümumilikdə, eləcə də Asiyanın böyük hissəsinə diqqət yetirən Çindir. Çin növbəti on il ərzində bu regionla ticarətin 1,25 milyard dollara qədər artacağına nail ola bilər. Ekspert hesab edir ki, nəticədə 2023-cü ilə qədər Şərq və Qlobal Cənub Çinin mal ticarətinin yarıdan çoxunu təşkil edəcək, bu da Qərbin hökmranlığına son qoyacaq.

O, həmçinin hesab edir ki, Donald Trampın yeni prezidentlik müddəti ümumi mənzərəni dəyişə bilər. “Hazırda o, gözlənilməzliyi və parametrlərin dəyişmə sürəti səbəbindən qlobal bazarların açıq şəkildə uyğunlaşmağa hazır olmadığı ticarət siyasətini həyata keçirməyə yenicə başlayıb. Əgər ABŞ hazırkı tarif siyasətinə sadiq qalarsa, ixrac tarifləri çox güman ki, məcburi geosiyasi oyunda sanksiyaların yerini tutacaq”, - deyə Reves hesab edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
23
azertag.az

1Mənbələr