AZ

Husilər Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisini vurdu

Yəmənin “Ənsar Allah” hərəkatı (Husilər) Qırmızı dənizdə Amerikanın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə son 72 saat ərzində dördüncü hücumunu həyata keçirib. Bununla da onlar Yəmənə mümkün hava hücumunun qarşısını alıblar.

AzPost xəbər verir ki, bu barədə Husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya öz Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, zərbə “bir neçə qanadlı raket və pilotsuz uçan aparat” vasitəsilə həyata keçirilib.

Qeyd edək ki ki, bundan əvvəl ABŞ Yəmənin Səna şəhərinə hava zərbəsi endirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp şənbə günü Yəmənin paytaxtı Sənaya bir sıra hava zərbələri endirmək əmri verdiyini bildirib. 

Husilər Qırmızı dənizin mühüm gəmi zolağında gəmilərə hücumlarını dayandırana qədər “əzici ölümcül güc” tətbiq edəcəyinə söz verib.

Seçilən
9
azpost.info

1Mənbələr