AZ

Alimlər sağlam arıqlamağın sirrini tapdılar! Həftədə 3 kilo...

Alimlər sağlam arıqlamağın sirrini tapdılar!

Alimlər arıqlamağın effektiv üsullarından biri kimi su aerobikasını tövsiyə edirlər. Bu məşq metodu artıq çəkidən azad olmaq istəyənlər üçün ideal seçim hesab olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, çinli və koreyalı alimlərin apardığı araşdırmalara görə, su aerobikası ilə müntəzəm məşğul olan insanlar həftədə orta hesabla 3 kilo arıqlayır və bel ətrafında nəzərəçarpacaq azalma müşahidə olunur.

Su aerobikası suyun üzmə qabiliyyətindən istifadə edərək bədənin hərəkət etməsini təmin edən bir məşq növüdür. Xüsusilə oynaq problemləri olan və artıq çəkidən əziyyət çəkən insanlar üçün uyğun hesab edilir. Su əzələlərə və oynaqlara düşən yükü azaltdığı üçün zədələnmə riski də aşağı olur.

Mütəxəssislər bu məşqin həftədə 2-3 dəfə, 1 saat müddətində aparılmasını tövsiyə edirlər. Su aerobikasının digər məşq növləri ilə müqayisədə daha sürətli nəticələr verdiyi bildirilir. Xüsusilə 6-12 həftə ərzində müntəzəm şəkildə tətbiq edildikdə çəki itkisində əhəmiyyətli dəyişikliklər müşahidə olunur.

Bu metod xüsusilə qadınlar və 45 yaşdan yuxarı şəxslər üçün təsirli hesab edilir. Tədqiqatlar göstərir ki, bu qrupdakı insanlar su aerobikası ilə həm kilo verə, həm də bel ətrafında nəzərəçarpacaq incəlmə əldə edə bilirlər. Həm asan tətbiq olunması, həm də bədəni formalaşdırması su aerobikasını ideal arıqlama üsuluna çevirir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
14
e-saglam.az

1Mənbələr