AZ

Rusiya futbolunda qalmaqal: 10 nəfər həbs edildi

Vətəninfo.az xəbər verir ki, Rusiya Premyer Liqasının 21-ci turunun “Spartak” – “Zenit” oyunundan sonra hüquq-mühafizə orqanları azı 10 azarkeşi həbs edib.

Qeyd edək ki, oyun martın 16-da Moskvadakı “Lukoyl Arena” stadionunda keçirilib və “Spartak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşma zamanı paytaxt komandasının azarkeşlərinin tribunalarında tüstü bombalarının yandırılması hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsinə səbəb olub.

Moskvanın Tuşinski Məhkəməsinə idman yarışları zamanı tamaşaçıların davranış qaydalarının pozulması ilə bağlı şikayətlər daxil olub. Qanunu pozanları 10 min rubla qədər cərimə və ya məcburi əmək, habelə 6 aydan 3 ilə qədər müddətə idman yarışlarında iştirak qadağanı gözləyir.

Seçilən
11
veteninfo.az

1Mənbələr