AZ

Tramp-Putin danışıqlarından sonra Ukraynaya kütləvi PUA hücumu olub

Ukrayna pilotsuz təyyarələrin kütləvi hücumuna məruz qalıb. Bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Kiyevdə bir neçə partlayış səsi eşidilib. Sumi, Odessa və Jitomir vilayətlərində isə "Geran" pilotsuz təyyarələri peyda olub. 

Bildirilib ki, martın 19-na keçən gecə Kiyevdə iki dəfə silsilə partlayış səsləri eşidilib. Hələlik konkret hansı obyektlərə hücum edilməsi barədə məlumat verilmir.

Bundan əvvəl Ukraynanın “Strana.ua” nəşri Xarkov vilayətinin Merefa şəhərində neft emalı zavodunun partlayışlardan sonra dağılması barədə məlumat vermişdi.

Xatırladaq ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təxminən iki saat çəkən telefon danışığı olub. Danışıqlardan sonra hər iki tərəf dialoqdan məmnun ayrılıb.

İki lider arasında əvvəlki danışıq fevralın 12-də olub. Bundan əvvəl isə Rusiya və ABŞ dövlət başçıları üç il ərzində ünsiyyət qurmayıblar. Liderlər arasında fevral razılaşmalarının ardından Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları aparılıb. Orada həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli müzakirə edilib.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
40
41
news365.az

10Mənbələr