İtaliyanın Abruzzo bölgəsindəki Penne qəsəbəsi tərk edilmiş evləri bərpa etmək vədləri müqabilində yeni sakinlərə verir.
Hafta.az-ın yazdığına görə, bu qəsəbədə “arzular” evi 1 avroya satılır
Başlanılan proqram çərçivəsində cəmi 6 ev “satıldığı” halda, əksəriyyətini italyanlar alıb. Bunlardan ilk üçü 2022-ci ildə, digər üçü isə 2024-cü ilin sonunda mükafatlandırılıb.
Bölgədə əhalinin tamamilə yoxa çıxmasının qarşısını almaq üçün həyata keçirilən bu hərəkət çərçivəsində bir neçə həftə ərzində yeni evlər satışa çıxarılacaq.
Bu barədə CNN-ə açıqlama verən Penne Bələdiyyəsinin sədri Gilberto Petrucci, "Şəhərdə yeni sahiblərini gözləyən 40-dan çox boş ev var və hamısı on illər əvvəl başlayan köç nəticəsində boşaldılan tarixi mərkəzdədir" deyib.
Burada doğulub boya-başa çatan bələdiyyə sədri vurğulayır ki, oxşar təcrübələrdən fərqli olaraq, ilkin ödəniş tələb olunmur: "Yeganə öhdəlik bu evləri üç il ərzində əsaslı təmir etməkdir. Biz, həqiqətən, tarixi məhəlləni canlandıracaq insanları həvəsləndirmək və dəstəkləmək istəyirik".
Petrucci əlavə edir ki, onların memar və ekspertlərdən ibarət komandası usta və mühəndislərin tapılması da daxil olmaqla, hər cür yardım göstərəcək.
O, kiçik bir evin əsaslı təmirinin təxminən 20 min avroya başa gəldiyini hesablayır.
Bir çox fermerlər İkinci Dünya Müharibəsindəki bombardmanlar zamanı zədələndikdən sonra ərazini tərk ediblər. Başqa bir immiqrasiya dalğası 1970-ci illərdə başlayıb. Yaxınlıqda fabriklərin olduğu qəsəbə və şəhərlərlə yanaşı, bəzi insanlar ABŞ, Belçika və Venesuelaya da gediblər.