"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, Madrid klubunun baş məşqçisi Zinəddin Zidandan niyə qaçmağa çalışdığını açıqlayıb:
"Son vaxtlar Zidanla yolları tez-tez kəsməməyə çalışıram. Çünki onun milli komandaya təyin olunması ilə bağlı fərziyyələri gücləndirmək istəmirəm".
DÇ-2026-dan sonra Fransa millisinin baş məşqçisi Didye Deşamın millini tərk edəcəyi, onun yerinə isə Zidanın keçəcəyi daha əvvəl bildirilmişdi.