AZ

Əkrəm İmamoğlu saxlanıldı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və mətbuat katibi Murad Onqun saxlanılıb.

Heftelik.az-ın məlumatına görə, İBB sədrinin İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanıldığı bildirilir.

Əkrəm İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb.

Ümumilikdə 100-dən artıq şəxsin saxlanıldığı bildirilir. Məlumatda deyilir ki, prokurorluq iki ayrı araşdırma aparır. Birinci araşdırma çərçivəsində İmamoğlu və digər şübhəlilər PKK ilə ortaq fəaliyyət, PKK üzvlərini işə yerləşdirmək, ikinci araşdırma çərçivəsində isə korrupsiya və rüşvət cinayətlərində təqsirləndirilir.

Qeyd edək ki, Əkrəm İmamoğlu 4 iyun 1970-ci ildə Türkiyənin Trabzon şəhərində anadan olub. İstanbul Universitetində biznesin idarə edilməsi üzrə bakalavr və insan resurslarının idarə edilməsi sahəsində magistr dərəcəsi alıb. 2014–2019-cu illərdə Bəylikdüzü Bələdiyyəsinin sədri olub. 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.

Seçilən
12
4
heftelik.az

7Mənbələr