ABŞ-nin Luiziana ştatında ilk dəfə məhbus azot qazı ilə edam edilib.
"Cebheinfo.az" xəbər verir ki, Ali Məhkəmə rayon hakiminin edamını dayandırmasını ləğv etdikdən sonra məhbus Jessie Hoffman Jr. cəzalandırılıb.
Hoffmanın vəkili Seselia Kappel verdiyi açıqlamada edamın "məntiqsiz" olduğunu və məhbusun hazırkı vəziyyətinin onun 18 yaşında olan və qətli törətdiyi zamankı vəziyyətinə "oxşamadığını" bildirib.
Beləliklə, 15 ildə ilk dəfə Luiziana ştatında bir məhbus edam edilib. Bu, həm də ştatda ilk dəfə azot qazından istifadə ilə həyata keçirilən edam olub.
Qeyd edək ki, Hoffman fevral ayında ştata qarşı məhkəmə iddiası qaldıraraq edamın dayandırılmasını istəyib. Hoffmanın vəkilləri martın əvvəlində keçirilən dinləmələrdə azot qazından istifadənin ABŞ Konstitusiyasına görə “qəddar” olduğunu iddia etmişdilər.
ABŞ Rayon Məhkəməsinin hakimi Şelli Dik martın 12-də Hoffmanın azot qazı ilə edam edilməsinin qarşısını alan ilkin qərar çıxarıb. ABŞ Ali Məhkəməsi isə Dikin qərarını ləğv etmişdi.