AZ

Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyinatı təsdiqlənib

İsrail hökuməti Baş nazir Benyamin Netanyahunun ultrasağ "Otsma yehudit" ("Yəhudi gücü") partiyasının lideri İtamar Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilməsi təklifini təsdiqləyib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.

"Hökumət yekdilliklə B.Netanyahunun Knessetin (parlament) deputatı İtamar Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə yenidən təyin edilməsi təklifini təsdiqləyib", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Otsma yehudit" partiyasından olan deputat Amihay Eliyahu yenidən Qüds işləri və İsrail irsi naziri vəzifəsinə təsdiq edilib, bu partiyadan olan Knesset deputatı İtshak Vasserlaf isə Negev, Qalileyanın inkişafı və milli dayanıqlılıq naziri vəzifəsinə geri qaytarılıb.

Yanvarın sonunda Ben-Qvir parlament koalisiyasından çıxdığını elan edib və Qəzza zolağında atəşkəs razılaşmasına etiraz edərək hökuməti tərk edib. "Otsma yehudit" partiyasından olan nazirlərin hökumətə qayıtması İsrail ordusunun hökumətin qərarı ilə martın 18-də Fələstin anklavı ərazisinə zərbələri bərpa etməsindən dərhal sonra baş verib.

Seçilən
5
1
bakivaxti.az

6Mənbələr