“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) publik hüquqi şəxsi “AVL System Full SLA( included IT Infrastructure Full SLA, AVL Route Planning Update Professional Service (License-Free), hardware warranty” layihəsinə 2 595 000 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, AYNA bu məqsədlə “Nec Telekomünikasyon ve Bilgi Teknolojileri LTD. ŞTİ.” şirkəti ilə müqavilə bağlayıb.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir Həsənov
Tarix: 19 Mart 2025, 10:40