AZ

Bu ölkədə 1 avroya evlər ala bilərsiniz

İtaliyanın Abruzzo bölgəsindəki bir şəhərdə əhalinin azalmasının qarşısını almaq üçün tərk edilmiş evlər 1 avroya (Təxminən 2 manat) satılır.   Manset.az xəbər verir ki, əsas şərt alınan evin bərpa olunmasıdır. Əhalisinin azalmasına və tərk edilməsinə çarə axtaran qəsəbədə evləri alacaq şəxslərdən 3 il ərzində bərpa işlərini öhdəsinə götürmələri tələb olunur. Sözügedən şəxslərdən 2.000 ilə 5.000 avro arasında depozit ödəmələri tələb olunur. İş başa çatdıqdan sonra depozit geri qaytarılır.  

Məlumata görə, kiçik və orta ölçülü bir ev üçün əsas təmirin ilkin dəyəri təxminən 20.000 avrodur.

Seçilən
31
manset.az

1Mənbələr