AZ

1 AVROYA ev sahibi OLA BİLƏRSİNİZ

İtaliyanın Abruzzo bölgəsindəki bir şəhərdə əhalinin azalmasının qarşısını almaq üçün tərk edilmiş evlər 1 avroya satılır. Əsas şərt alınan evin bərpa olunmasıdır.

News24.az xəbər verir ki, əhalinin azalmasına və tərk edilməsinə çarə axtaran qəsəbədə evləri alacaq insanlardan üç il ərzində bərpa işlərini həyata keçirmələri xahiş olunur. Sözügedən şəxslərdən 2 min ilə 5 min avro arasında depozit ödəmələri istənilir. İş başa çatdıqdan sonra depozit geri qaytarılır.

Penne şəhərinin meri Petruççinin sözlərinə görə, kiçik və orta ölçülü bir evin əsaslı təmirinin ilkin dəyəri 20 min avro civarındadır.

Günel Məlikzadə

Seçilən
22
news24.az

1Mənbələr