Türkiyəli jurnalist İsmail Saymaz İstanbulda saxlanılıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İstanbul Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, İ.Saymaz Türkiyə Cümhuriyyətinin 61-ci Hökumətinin güc və zorakılıqla öz vəzifələrini yerinə yetirməsinə mane olmaq məqsədi daşıyan “Gəzi parkı” hadisələri kimi ictimaiyyətə məlum olan silsilə aksiyalara görə saxlanılıb.
O da qeyd olunub ki, "Gəzi Parkı" hadisələrinin istiqamətləndirilməsində və təşkilində əli olduğu aşkarlanan bütün şəxslərin müəyyən edilməsi üçün araşdırmalar gücləndiriləcək.
Nurlana ƏhmədovaMissiya.Az