AZ

Almaniyanın energetika naziri: Rusiya qazından asılılıq keçmişdə qalmalıdır

Vətəninfo.az xəbər verir ki, Almaniyanın iqtisadiyyat və enerji naziri bildirib ki, Rusiya qazının Almaniyaya axınını bərpa etmək üçün “Şimal axını” qaz kəmərini yenidən işə salmaq cəhdləri “tamamilə səhv addım” olardı.

“Şimal axını” qaz kəməri Rusiya qazının Avropaya çatdırılması üçün ən böyük potensial marşrutlardan biridir.

“Şimal axını-1” qaz kəməri 2011-ci ildən 2022-ci ilə qədər qaz tədarük edib. 11 milyard dollar dəyərində olan “Şimal axını-2” layihəsi 2021-ci ildə tamamlandı, lakin Almaniya Rusiyanın Ukraynaya qarşı müharibəsindən əvvəl bu planı dayandırdığı üçün heç vaxt işə salınmadı.

Martın 17-də Baltik dənizi üzərindən keçən kəmərlərin bərpa olunma ehtimalı barədə suala cavab olaraq Robert Habek hazırda belə bir ehtimalın olmadığını söylədi.

“Ukrayna hələ də Rusiyanın təcavüzü altındadır. Buna görə də “Şimal axını-2” ya da “Şimal axını-1” qaz kəmərlərinin potensialı haqqında danışmaq lazımdırsa bunu deməliyik ki, bu kəmərlərin bərpası və canlandırılması düşüncəsi səhvdir və bunu qəbul etmirik”,- deyə nazir vurğulayıb.

Kəmərlərin partladılması

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında “Şimal axını-2” qaz kəmərindən biri və “Şimal axını-1” qaz kəmərinin iki xətti naməlum partlayış nəticəsində təxrib oldu.Nord Stream 1-in hər iki xətti naməlum partlayışlarla zədələndi. Heç kim bu zərərin səbəbkarı olduğunu üzərinə götürmədi, lakin Almaniyanın öz araşdırmaları göstərdi ki, ukraynalı dalğıclar bu hücumda iştirak ediblər.

Almaniya onilliklər boyu Rusiya qazından asılı olub, lakin Ukrayna müharibəsindən sonra Norveç onun ən böyük qaz tədarükçüsünə çevrilib. 2022-ci ildə Moskva Avropaya qaz tədarükünü kəskin şəkildə azaltdı və bu, qitəni rekord səviyyədə qaz qiymətləri ilə enerji böhranı ilə qarşı-qarşıya gətirdi.

Almaniyanın iqtisadiyyat və enerji naziri Robert Habek bildirib ki, Almaniyanın ehtimal olunan yeni hökumətinin Avropanın keçmişdəki Rusiya enerjisindən ağır asılılıq dərslərini unudacağından narahatdır.

“Almaniyada Sosial Demokratlar və Mühafizəkar partiya Rusiya ilə enerji asılılığını qurdular və bunu bilərəkdən etdilər. 2022-ci ildə öyrəndiyimiz dərsin unudulacağından narahatam”- deyə nazir bildirib.

Mühafizəkar CDU/CSU və Sosial Demokratlar Almaniyanın növbəti hökumətini formalaşdırmaq üçün koalisiya danışıqlarına başlayıblar.

Donald Trumpın Ağ Evə qayıdışı, “Alpha” bankın keçən ay qeyd etdiyi kimi, Rusiya qaz nəhəngi “Gazprom”un səhmlərinin qiymətini bərpa etməyə kömək edib, çünki bu, Ukrayna ilə sürətli sülh razılaşmasının Avropaya qaz ixracının bərpasına səbəb olacağına dair ümidləri artırıb.

Lakin qitənin yenidən Rusiya qazına bağlanmağa tələsməyəcəyinə dair çox az əlamət var. “Financial Times” bu ay bildirib ki, Putinin uzunmüddətli müttəfiqi ABŞ-ı “Şimal axını-2” qaz kəmərini yenidən işə salınması üçün investorların icazə almasına təşviq edir.

Almaniya hökuməti Rusiya enerjisindən müstəqilliyə sadiq qaldığını bildirib.

Seçilən
5
veteninfo.az

1Mənbələr