AZ

Ağdərə rayonunun Suqovuşan kəndinə köçmək üçün 180 ailə siyahıya alınıb

Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksi istifadəyə verilib.

APA-nın yerli bürosu xəbər verir ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

“2,3 hektar sahədə yaradılan kompleks beşmərtəbəli 5 yaşayış binasından ibarətdir. Binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda istirahət kompleksi layihəsi də icra olunub”, - Afət Telmanqızı deyib.

Qeyd edək ki, bu gün 20 ailə Suqovuşan kəndinə köç edəcək.

Seçilən
4
11
apa.az

10Mənbələr