Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinin səhər saatlarında saxlanılan sədri Əkrəm İmamoğluna dəstək olub.
“Cebheinfo.az” xəbər verir ki, siyasətçi bu barədə “X” hesabında paylaşım edib: “Milli iradəyə, demokratiyaya və hüquqa yönələn bu müdaxilə qəbul oluna bilməz. Cümhuriyyət Xalq Partiyasından intiqam almağa çalışanlar millətin gözündən və könlündən düşmüşdür. Haqq, hüquq, ədalət arayışımız davam edəcək. Əkrəmə bəyə dəstək və dayanışma duyğularımı çatdırıram”.