AZ

Ceymi Karrager və Qari Nevildən Eddi Haunun işini qiymət

Futbol təhlilçiləri – Ceymi Karrager və Qari Nevill “Nyukasl”ın baş məqşçisi, ingilis mütəxəssis Eddi Haunun işini qiymətləndiriblər.

Arena.az xəbər verir ki, “Liverpul”un ingilis keçmiş müdafiəçisi Ceymi Karrager, İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”ın “Liverpul” üzərində qələbəsində (2:1) “sağsağanlar”ın baş məqşçisi barədə bunları söyləyib:

“O, parlaq iş gördü. Mən hesab edirəm ki, o, əsl peşəkardır”, deyə Ceymi Karrager məmnunluqla vurğulayıb.

“Mançester Yunayted”in ingilis keçmiş müdafiəçisi Qari Nevill də Haunun işini yüksək qiymətləndirib:

“Mən ona görə çox şadam. Düşünürəm ki, o, “Nyukasl”da əla iş görüb. O, “sağsağanlar”ın düşərhəsinə gələndən bəri, sadəcə möhtəşəm idi”, deyə Nevill qeyd edib.

Xatırladaq ki, Eddi Hau 2021-ci ilin 8 noyabrında “Nyukasl”ın baş məşqçisi təyin olunub. “Sağsağanlar” bu məşqçinin rəhbərliyi altında indiyə qədər 163 oyuna çıxıblar. Komanda bu görüşlərdə 85 qələbə qazanıb, 32 heç-heçə edib, 46 oyunda məğlub olub.

Hau daha öncə “Bornmut” və “Bernli” komandalarına da rəhbərlik edib.

“Nyukasl” finalda “Liverpul”a qalib gəlməklə tarixində ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. İngiltərə Premyer Liqasının cari mövsümündə isə bu komanda 28 oyuna topladığı 47 xalla 6-cı pillədə qərarlaşıb və UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.

Seçilən
2
arena.az

1Mənbələr