AZ

Məşhur müğənni saxlanıldı

Müğənni Ercan Saatçi də İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) terror və mütəşəkkil cinayətlərlə bağlı apardığı iki ayrı istintaq çərçivəsində saxlanılıb.  
Manset.az xəbər verir ki, istintaq çərçivəsində prokurorluq tərəfindən verilən həbs qərarları əsasında hərəkət edən təhlükəsizlik qüvvələri İstanbulun hər yerində müəyyən edilmiş ünvanlarda əməliyyat keçirib.
Əməliyyatda Əkrəm İmamoğlu, İstanbul Böyükşəhər Bələdiyyə sədrinin müşaviri Murat Ongun, Beylikdüzü Bələdiyyə Başçısı Murat Çalık, Şişli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan və müğənni Ercan Saatçının da olduğu 79 şübhəli saxlanılıb.

Əməliyyat çərçivəsində İmamoğlunun evində aparılan axtarış da tamamlanıb.

Seçilən
2
2
manset.az

3Mənbələr