AZ

Şəkidə futbolun gələcəyi üçün vacib görüş

Martın 15-də Şəki şəhərində Futbolun İnkişaf Fondu – FİF təşkilatçılığı ilə “Biznes Klub” layihəsinin təqdimat tədbiri baş tutdu. Tədbirdə futbolun inkişafına dəstək vermək istəyən iş adamları, ictimaiyyət nümayəndələri və klub rəhbərliyi bir araya gəldi.

Millət vəkili Vuqar Iskenderov açılış nitqi ilə çıxış edərək futbolun bölgənin sosial-iqtisadi həyatına təsiri və gənclərin sağlam inkişafında oynadığı rolu vurğuladı. O, bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd etdi.

Daha sonra FİF-in Himayəçilər Şurasının üzvü Asim Xudiyev çıxış edərək fondun məqsədləri və regionlarda futbolun inkişafına yönəlmiş layihələr barədə danışdı.

Sheki City FK-nın prezidenti Elgün Hüseynov klubun yaranma tarixi, məqsədləri və bölgə futboluna verdiyi töhfələr haqqında məlumat verdi. O bildirdi ki, “Sheki City” yalnız bir futbol klubu deyil, eyni zamanda cəmiyyətə sosial və iqtisadi dəyər qatan bir hərəkatdır.

FİF-in icraçı direktoru Tural Piriyev Fondun regionda həyata keçirdiyi layihələr və “Sheki City” ilə birgə görülən işlər barədə danışdı. O, “Biznes Klub” layihəsinin klub üçün dayanıqlı gələcək qurmaq baxımından əhəmiyyətini vurğuladı və sahibkarlara bu təşəbbüsə qoşulmaq çağırışı etdi.

“Turan Tovuz” FK-nın İdarə Heyətinin sədri və “Huner Group”un rəhbəri Ehtiram Quliyev futbol klubuna dəstəyin yalnız idman deyil, həm də iqtisadi və sosial inkişafa müsbət təsir etdiyini qeyd etdi. O, futbolun bölgələrdə birləşdirici güc olduğunu və bu sahəyə sərmayənin gələcəyə yatırım olduğunu bildirdi.

Tədbirin sonunda “Biznes Klub” layihəsinə ilk qoşulan tərəfdaşlara təşəkkürnamələr təqdim olundu. Artıq bir neçə iş adamı layihəyə qatılaraq “Sheki City” klubuna dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər.

Seçilən
7
yenigundem.az

1Mənbələr