AZ

İrəvanda etiraz aksiyası başlayıb - Video

İrəvanda

İrəvanın Vardaşen rayonu yataqxanasının 68A binasının sakinləri Ermənistanın paytaxtının meriyası qarşısında etiraz aksiyası keçirirlər.

Reyting.az
xəbər verir ki, etirazçılar problemlərinin həllini tələb edirlər

Onların sözlərinə görə, Tiqran Avinyan hətta seçki kampaniyası zamanı onlara söz verib ki, İrəvanın meri seçilsə, onların problemini həll edəcək - qəzalı binadan xilas olacaq və onları yeni mənzillərlə təmin edəcək. Lakin problem hələ də həllini tapmayıb və ev hər an uça bilər.

“Biz ondan xahiş edirik ki, indi aşağı ensin, birlikdə binamıza gedək. Yağış yağmağa başladı, kanalizasiya suları mənzilləri basdı. Xahişimiz, tələbimiz və müraciətimiz: qoy gəlsin, problemimiz həll edilməlidir”,-aksiyaçılar tələb ediblər.



V. QULİYEV
Seçilən
11
reyting.az

1Mənbələr