Fransa nüvə silahı ilə bağlı mübahisəli qərara imza atıb.
Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron açıqlama verib.
O, nüvə başlıqları daşıyan səsdən sürətli raketlərin təxminən 10 ildən sonra Almaniya sərhədində yerləşdiriləcəyini bildirib.
O qeyd edib ki, “Luxeuil-Saint Sauveur” hava bazasına 1,5 milyard avro sərmayə qoyulacaq:
"2035-ci ilə qədər bazanın böyüklüyü iki qat artacaq, təxminən 2000 hərbi və mülki personal olacaq. İki “Rafale” qırıcısının yerləşdirilməsi üçün böyük sərmayələr planlaşdırılır. Əgər müharibədən qaçmaq istəyiriksə, ölkə və qitə müdafiəni davam etdirməli, təchiz olunaraq özlərini hazırlamalıdır. “Luxeuil”-in tarixi nüvə missiyası davam edəcək”.