Bakı.Trend:
Qardaşımla sonuncu dəfə danışan mən olmuşam. Döyüş yoldaşlarıbizə deyə bilmədilər ki, necə yaralanıb.
Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında bu gün nəşinin qalıqlarıdəfn edilən Atakişi Atayevin qardaşı Fəxrəddin Atayev deyib.
"O, mənə zəng edərək dedi ki, biz cəbhəyə gedirik. Həmin vaxt o,Hərbi Komissarlıq tərəfindən döyüşlərə cəlb edilmişdi. 31 yaşı varidi. Ali təhsilli idi.
Döyüş yoldaşları bizə konkret olaraq bir şey deyə bilmədilər ki,necə yaralanıb. Sadəcə deyilirdi ki, başından qəlpə yarası alıb,sonradan iz itirilib, başqa istiqamətlərə gedib. 33 ildən sonraartıq müəyyənləşdi. Bu gün Bakıda torpağa tapşırılır.
Qardaşımın son döyüş yeri Ağdam şəhərinin ovaxtkı Naxçıvanlıkəndi olmuşdu. Hazırda həmin ərazi Xocalı rayonuna aiddir. Ailəliolub, bir övladı var. Üç qardaşın böyüyü idi”, - deyə o qeydedib.