AZ

I Qarabağ müharibəsi şəhidinin qardaşı: Onunla son danışan mən olmuşam

Qardaşım Atakişi Atayev 1991-1992-ci illərdə "Güclər polku"na cəlb edilmişdi. Təlim bitdikdən sonra mənə zəng vurdu və dedi ki, biz artıq cəbhəyə gedirik...

Bunu "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsinin itkin şəhidi Atakişi Atayevin qardaşı Azad Atayev deyib.

Onun sözlərinə görə, A.Atayev həyatda çox aktiv idi: "Uşaqlıqdan hərbçi olmaq fikri var idi. Hərbi xidmətdə ixtisasca tankçı olub".

A.Atayev qeyd edib ki, qardaşının döyüş yoldaşları ilk vaxtlar onun taleyi barədə ailəyə konkret bir şey deyə bilməyiblər: "Sonradan eşitdik ki, başından qəlpə yarası alıb. Sonra isə izinin itdiyi məlum oldu və tapılmadı".

Şəhidin qardaşı onun son döyüş yerinin Ağdam şəhərinin ovaxtkı Naxçıvanlı kəndi olduğunu bildirib.

Qeyd edək ki, A.Atayev 1960-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb. Onun qalıqları bu gün Bakının Keşlə qəsəbəsində dəfn olunacaq.

Poliqon.info

Seçilən
11
1
poliqon.info

2Mənbələr